FAKÜLTƏNİN TARİXİ
Pedaqoji Universitetin ən böyük fakültələrindən biri sayılan İbtidai təhsil fakültəsi 1958/59-cu tədris ilində İbtidai təhsil pedaqogikası və metodikası adı ilə fəaliyyətə başlamışdır. 1960/61-ci tədris ilində fakültənin nəzdndə məktəbəqədər tərbiyə şöbəsi yaradılmış, Azərbaycan və rus qruplarına qəbul həyata keçirilmişdir. Fakültənin inkişafında akademik Mehdi Mehdizadə, prof. Mərdan Muradxanov, prof. Şövqi Ağayev, prof. Ağamməd Abdullayev, prof. Nəmidə Abbasova, prof. Xəlil Fətəliyev, prof. Zahid Xəlilov, prof. Fərrux Rüstəmovun, dos. İsfəndiyar Vəlixanlı, dos. Əfşan Qədimbəyova, dos. Musa Həsənov, dos. Əyyub Tağıyev və dos. Məcid İsmixanovun mühüm xidmətləri olmuşdur.